Şriftin ölçüsü :

Saytın rəngi :

BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi.

10 iyul 2020 | 16:00

Prezident  İlham Əliyevin pandemiyaya qarşı mübarizə çərçivəsində tədbirlərin görülməsi məqsədilə hazırda rəhbərlik etdiyi  Qoşulmama Hərəkatı ölkələri adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə Xüsusi sessiyasının keçirilməsi təşəbbüsü  130-dan çox üzv dövlət tərəfindən dəstəklənib. BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi təşəbbüsünün əleyhinə səs verən yeganə ölkə Ermənistan idi. Dünya ictimaiyyəti bir daha Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə öz diqqətini artıracaq deyə Ermənistan etiraz etdi və yenidən təcrid edilmiş vəziyyətdə qaldı.

iyulun 6-da Bakının Xətai rayonunda Fövqəladə Hallar Nazirliyinin tibb mərkəzinin koronoviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan  modul tipli hospitalın açılışında ölkənin bir  bir qrup televiziya kanalına  müsahibə verən dövlətimizin başçısı  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar son dövrlərdə gedən proseslərə toxunaraq vurğulayıb ki,  “Dağlıq Qarabağ münaqişəsində mövqeyimizdə hər hansı bir dəyişiklik yoxdur, ola da bilməz. Çünki bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz tarixi ədalətə, beynəlxalq hüquqa əsaslanır. Ermənistan BMT-dən üstün deyil. Dövlətlərin özünümüdafiə hüququ var. Ermənistan işğal edilmiş torpaqlarda qanunsuz məskunlaşma aparır. Şəhərlərimizin tarixi adlarını dəyişdirir, işğal edilmiş torpaqlarda kilsələr tikir. Yəni, sabah deyəcək ki, bu, erməni torpağıdır.”

Ermənistanın daxilində demokratiyanın, insan haqlarının pozulması hallarının  geniş vüsət almasına, korrupsiya, talançılıq, rüşvətxorluq, qohumbazlığın  kütləvi xarakter aldığı və 20 il ərzində bu dırnaqarası müstəqil ölkəyə quldur, cinayətkarların  rəhbərlik etməsinə baxmayaraq Avropa təşkilatları  bütün bunlara göz yumur, Ermənistanda hökm sürən diktaturaya qarşı səssiz qalırlar.

Azərbaycan Prezidenti daha sonra demişdir : “ Ermənistan hələ müstəqil ölkə kimi formalaşandan dərhal sonra öz əsl xislətini göstərdi. Xocalı soyqırımını törədən faşistlər demokrat ola bilməzlər. Başqasının torpağına göz dikən, bir milyon insanı evsiz-eşiksiz qoyan ölkə demokrat ola bilməz. Onlar bir milyon Azərbaycan vətəndaşının və Ermənistanda yaşayan azərbaycanlıların elementar insan haqlarını pozublar. Azərbaycanın məqsədyönlü fəaliyyəti ona gətirib çıxarıb ki, Ermənistanın üzərində mövcud olan çətir artıq deşilib. Biz onların əsl mahiyyətini üzə çıxarırıq, onların faşist mahiyyətini ifşa edirik. Faşist Njdeyə abidə ucaldan və bu abidəni müdafiə edən faşistdir.”

ATƏT-in   Mins qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün heç bir diplomatik səy göstərmir. ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi,  ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları İnstitutu işğal edilmiş Azərbaycan torpaqlarında qanunsuz məskunlaşmaya, ekoloji vəziyyətin korlanmasına rəvac  verir. Bu beynəlxalq təşkilatlar xunta rejiminin bölgəni narkotik maddələr və silah qaçaqmalçılığı bazasına çevirməsinə, keçirilmiş saxta seçkilərə münasibət bildirmirlər.

Ermənistanın baş naziri “Qarabağ Ermənistandır” deyəndə Azərbaycan Respublikasının Prezidenti  buna layiqincə cavab verdi: - “Qarabağ tarixi əzəli Azərbaycan torpağıdır. Beləliklə, Qarabağ Azərbaycandır və nida işarəsi”.

 

Keçidlər