Şriftin ölçüsü :

Saytın rəngi :

BMT-nin Baş katibinin və BMT-nin 130-dan çox üzv dövlətin Prezident İlham Əliyevin təşbbüsünü dəstəkləməsi ölkəmizin beynəlxalq nüfuzunun əyani təsdiqidir

14 iyul 2020 | 16:00

Dünyada COVİD-19 pandemiyasının başlanmasından etibarən Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikası tərəfindən regional və qlobal səviyyədə

koronavirusa qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə zəruri təşəbbüslər irəli sürülür və əməli addımlar atılır.

Pandemiya insanların həyatını təhlükə altına qoyan ciddi sağlamlıq problemləri yaratmaqla bərabər mənfi fəsadları hələ uzun müddət hiss olunacaq sarsıdıcı qlobal sosial-iqtisadi və humanitar təhlükələr yaratmışdır. Dünya müharibəsi ilə müqayisə olunan COVİD-19 pandemiyası şəraitində özünü təcrid və franqmentar xarakter daşıyan tədbirlər əvəzinə qlobal həmrəyliyə və qlobal baxışa böyük ehtiyac vardır.   

Təəssüf ki, bu günə kimi beynəlxalq münasibətlər sistemində BMT və onun əsas qurumları olan Baş Assambleyası  və Təhlükəsizlik Şurasının rolu görünmür, dünyanın aparıcı ölkələri qlobal liderlik əzəzinə geosiyasi rəqabət və özünü təcridə kökləniblər.    Böyük dövlətlər və beynəlxalq təşkilatlardan qlobal liderlik gözlənilsə də bu baş vermədi. Daha çox özünü təcrid, milli eqoizm xarakteri daşıyan və fraqmentar addımlar atıldı. BMT Təhlükəsizlik Şurasının xüsusi iclaslarının çağırılması təşəbbüsü fikir ayrılığına görə baş tutmadı. BMT Baş Məclisi çərçivəsində bir neçə qətnamə layihəsi irəli sürülsə də onların da əksəriyyəti uğurla nəticələnmədi və yalnız deklarativ mətnlərlə yekunlaşdı.

Belə bir zamanda Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev bir daha  liderlik nümayiş etdirərək pandemiya kimi qlobal problemlə əlaqədar  BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi  təçəbbüsünü irəli sürdü. Bu təşəbbüsün BMT-nin 130-dan çox üzv dövlətin  və BMT-nin Baş katibinin dəstəkləməsi ölkəmizin beynəlxalq nüfuzunun əyani təsdiqidir. Eyni zamanda, dövlətimizin  başçısının bu təşəbbüsünün dəstyəklənməsinin beynəlxalq miqyasda ölkəmizə olan böyük etimadın və hörmətin, respublikamızın dünya birliyində nüfuzunun artmasının  daha bir göstəricisi kimi dəyərləndirilib.

Keçidlər