Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

15 iyul 2020 | 16:00

Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhədində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür.

Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.

Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb.

Paşinyan hesab edir ki, xarici təhlükə qarşısında cəmiyyəti toparlamaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq.

Heç şübhəsiz, respublikamızın beynəlxalq mövqelərinin güclənməsi, diplomatik uğurlarımız, dövlət başçımızın irəli sürdüyü qlobal təşəbbüslərin məhz qlobal miqyasda da dəstəklənməsi, Ermənistanı ciddi narahat edir. Özü də bu narahatçılıq yalnız Ermənistanda qalmır, erməni lobbisini, bütün ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri də əhatə edir.

Keçidlər