Ermənistan uzun müddətdir ki, belə hərbi avantüralar yolu ilə üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır
Son günlər işğalçı Ermənistan silahlı qüvvələri atəçkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə Ermənistan və Azərbaycan dövlət sərhəddinin Tovuz rayonu istaqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərini atəşə tutub. Azərbaycan silahlı qüvvələrinin cavab atəşi və əks həmlə tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısı alınıb. Azərbaycan silahlı qüvvələri vəziyyətə operativ nəzarət edir. Ermənistan tərəfi hər hansı ərazi əldə etməyə müvəffəq olmayıb.
Burada məkrli plan ondan ibarətdir ki, düşmən artıq Qarabağda deyil, Ermənistanın ərazisində çaxnaşma yaratmaq, vəziyyəti gərginləçdirərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) bu məsələyə cəlb etmək istəyir. Düşmənin planı məhz bundan ibarətdir. Azərbaycanın Ermənistan istisna olmaqla bütün KTMT ölkələri ilə dostluq münasibətləri vardır. Əminik ki, KTMT ölkələri Ermənistanın məkrli niyyətini yaxşı başa düşürlər.
İyulun 13-də keçirilən Təhlükəsizlik Şurasının iclasında məsələyə siyasi və hüquqi qiymət verildi. Azərbaycan Respublikasının Prezidenti qeyd etdi ki, beynəlxalq təşkilatlar bu məsələ ilə ərtraflı məlumatlandırılacaq.
Beləliklə,növbəti dəfə uğursuzluqla üzləşən Ermənistanın daha bir təxribat planı fiaskoya uğradı. Raşinyan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər.
Ermənistanı hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil.
Düşmənin təxribatı bizim mübarizə əzmimizi qıra bilməz.