Azərbaycan tərəfi bir daha nümayiş etdirdi ki, torpaqlarının işğalı və hansı isə xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaq
Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlər zamanı iyulun 13-ü və 14-də müdafiənin ön xəttində mənfur erməni silahlı qüvvələrinin növbəti təxribatının qarşısını alarkən qəhrəmancasına şəhid olan hərbçilərimizin nəşi yerli əhali tərəfindən böyük hörmət və sevgi ilə qarşılanmışdır. Xalqımız Vətən yolunda şəhid olan qəhrəmanlarını böyük qürurla son mənzilə yola saldı. Ordumuz isə onların qisasını yerdə qoymadı. İnsanlar mənfur düşmənə qarşı intiqam, torpaqlarımızın azad olunması üçün hərbi əməliyyatlara tam dəstək ifadə edirlər. Ölkədə bu günlər əsl ordu-xalq vəhdəti nümayiş etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cəbhə xəttindəki operativ məlumatla tanış olan kimi iyulun 13-də Təhlükəsizlik Şurasının iclasını keçirmişdir. İclasda çıxış edən ölkə başçısı: -“Deyə bilərəm ki, Ermənistanın növbəti təxribatının qarşısı qətiyyətlə alınmışdır, adekvat cavab verilmişdir. Hərbçilərimizin qisası alınıb, bundan sonra da alınacaqdır. Hərbçilərimizin, şəhidlərimizin qanı yerdə qalmayıb və qalmayacaq. Biz bütün imkanlardan istifadə edib özümüzü qoruyacayıq və düşmənə yenidən öz yerini göstərəcəyik” demişdir.
Bununla da Azərbaycan tərəfi bir daha nümayiş etdirdi ki, torpaqlarının işğalı və hər hansı xarici hərbi qüvvənin öz ərazisində mövcudluğu ilə barışmayacaq.