Şriftin ölçüsü :

Saytın rəngi :

Düşmənin bir neçə hərbi obyekti, texnikası və şəxsi heyəti məhv edilib

16 iyul 2020 | 16:00

Məlum olduğu kimi 2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri  Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz rayonu istiqamətində atəşgah rejimini  kobud şəkildə pozaraq  artilleriya qurğularından mövqelərimizi atəşə tutublar. Düşmənə qarşı görülən sərt tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin atəş mövqeləri, bir neçə hərbi obyekti, texnikası, tabor qərargahı və 30 nəfərdən çox şəxsi heyəti  bölmələrimizin dəqiq və sərrast atəşi ilə darmadağın edilmişdir.

Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarda Ermənistan silahlı qüvvələrinə   cavab olaraq düşmən mövqelərinə güclü zərbə endirilməsi ilə qarşı tərəfin xeyli sayda  canlı qüvvəsi və texnikasının  məhv edildiyi aydın  görünür.

Bundan sonra da Azərbaycan sərhəddini pozmağa cəhd edən düşmənə Azərbaycan Silahlı Qüvvələri tərəfindən sarsıdıcı zərbə endiriləcəkdir.

Keçidlər