Şriftin ölçüsü :

Saytın rəngi :

12 iyul 2020-ci il əməliyyatının Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacaq.

16 iyul 2020 | 16:00

İşğalçı və təcavüzkar Ermənistan bir daha iç üzünü açdı, faşist xislətini gizlətmədi. Növbəti dəfə atəşgah rejimini pozaraq, təxribata, fitnəkarləığa əl atdı, Azərbaycan-Ermənistan dövlət sərhəddinin Tovuz istiqamətindəkibmövqelərini ələ keçirmək məqsədilə artilleriya qurğularından istifadə edərək Azərbaycan Ordusunun mövqelərinə hücuma keçdi. Ancaq bu dəfə xəbis niyyətinə çata bilmədi. 2016-cı ilin aprel döyüşlərində oldiuğu kimi, bu dəfə də düşmən böyük itkilər verərək  layiqli cavabını aldı.

Aprel döyüşlərində olduğu kimi, bu dəfə də mənfur ermənilər  ən çirkin əməllərə əl ataraq kəndlərimizi atəşə tutmuş, mülki əhaliyə qarşı cinayət törətmişlər. Bu bir daha Ermənistanın faşist  dövləti olduğunun əyani sübutudur.

Aprel döyüşlərində öz rəşadətini göstərmiş, orduda çox böyük hörmətə malik olan, düşmən təxribatı nəticəsində şəhid olan general-mayor Polad Həşimovun və digər şəhidlərimizin  intiqamı qısa zamanda artıqlaması ilə alınmışdır. Düşmən Azərbaycanın igid hərbçiləri tərəfindən layiq olduqları yerdə otuzduruldu. Başqa cür ola da bilməzdi.

Ermənistan heç vaxt açıq döyüşdə qələbə qazana bilməyib və bilməz. Torpaqlarımızın bir hissəsisinin  itirilməsi o vaxt hakimiyyətə göz dikmiş Azərbaycan Xalq Cəbhəsinin və onun başında dayananların xəyanətidir. O vaxt Azərbaycanda vəziyyəti qarışdırmaq, hərc-mərclik salmaq, hakimiyyəti yıxmaq üçün onlar Qarabağ bölgəsində xəyanət etmişlər.

Son günlər ərzində sərhəddə baş vermiş toqquşmalar və qanlı döyüşlər Azərbaycan dövlətinin, onun  ordusunun gücünü, xalqla iqtidar arasındakı birliyi bir daha göstərdi.      

Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda çıxış edən dövlətimizin başçısı demişdir : “Mən hesab edirəm ki, bu əməliyyatın Azərbaycan Ordusunu  şanlı tarixində öz yeri olacaq. Necə ki, 2016-cı ilin aprel döyüşlərində düşmənə dərs verdik və Ağdərə, Füzul, Cəbrayıl reayonlarının bir hissısini  düşməndən azad etdik. 2018-ci ildə uğurlu Naxçıvan əməliyyatı nəticəsində on min hektardan çox torpaq sahəsi Azərbaycan Ordusu tərəfindən götürüldü və işğalçılar o bölgələrdən qovuldu, o torpaqlarda Azərbaycan bayrağı ucaldıldı.”

Keçidlər