Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var
Dünya koronovirus pandemiyasının yaratdığı dərin böhran və çətinliklərlə üz-üzədir. Böhran nətıcəsində dünyanın 150-dən çox ölkəsi kredit üçün beynəlxalq maliyyə qurumlarına müraciət edib. Neftin qiymətinin bir neçə dəfə düşməsinə baxmayaraq respublikamızda sosial layihələr ixtisar edilməyib.
İyulun 12-də Ermənistan ordusu torpaqlarımızın bir hissəsini zəbt etmək üçün namərdcəsinə Tovuz istiqamətində mövqelərimizə qəflətən artilleriya hücumu nəticəsində qan tökülüb, şəhidlərimiz olub, hərbçilərimiz yaralanıb, o cümlədən mülki vətəndaşımız həlak olub. Şəhidlərimizin qanı yerdə qalmayıb,düşmən layiqli cavabını alıb, qisas əməliyyatı nəticəsində onlarla düşmən, onların texnikası məhv edilib.
Hərbi qələbəmizi qeyd etmək, dövlətə, orduya dəstək göstərmək üçün minlərlə insan küçələrə çıxdı, birlik nümayiş etdirdi. Ancaq Azərbaycan Xalq Cəbhəsinin üzvləri bundan istifadə edib iğtişaş yaratmağa cəhd etdilər. Unutmamalıdırlar ki, indi Azərbaycan 90-cı illərin Azərbaycanı deyil. Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü iqtidarı var, Azərbaycan iqtidarının güclü iradəsi var və ən önəmlisi xalqın dəstəyi var.
Bu gün Azərbaycan beynəlxalq müstəvidə, həm ölkə daxilində, həm də mənfur qonşu olan Ermənistanla mübarizədə çox böyük bir gücə çevrilib. Bunu ölkə prazidenti İlham Əliyevin rəhbərliyi və apardığı düzgün siyasət nəticəsində Azərbaycan xalqı yaradıb. Ölkə başçısı deyib: “Azərbaycan xalqı tam əmin ola bilər ki, Azərbaycanın müstəqilliyi, azadlığı, insanların rifahı və ölkəmizin güclənməsi daim diqqət mərkəzində olacaq. Bizim üçün bir nömrəli milli məsələ - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllidir. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü tam təmin edilməlidir. İşğal edilmiş bütün torpaqlar istisnasız azad edilməlidir. Azərbaycan vətəndaşları işğal edilmiş bütün torpaqlara, o cümlədən Şuşaya qayıtmalıdır “.