Şriftin ölçüsü :

Saytın rəngi :

Su həyat deməkdir

27 iyul 2020 | 16:00

Azərbaycanda son 17 il ərzində infrastruktur  layihələr uğurla həyata keçirilir.Bu isə ölkəmizin müasirləşməsinə, qeyri neft sektoruna, xüsusən də regionların inkişafına mühüm təsir göstərib, işsizlik probleminin həllində, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasında böyük rol oynayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 23-də videoformatda keçirilən su təsərrüfatının vəziyyətinə həsr olunan müşavirədə  bu illər ərzində qarşıya qoyulan bütün vəzifələrin  və infrastruktur layihələrin uğurla yerinə yetirildiyi ilə bərabər, respublikada içməli su və meliorasiya layihələrinin də hər zaman diqqət mərkəzində saxlanıldığını bildirib.

İnfrastruktur layihələri arasında su layihələrinin xüsusi yeri vardır. Bu layihələrin icrası nəticəsində ölkəmiz sürətlə inkişaf edib.

 Enerji sektoruna qoyulan vəsait, bu sahədə aparılan müasirləşmə   özümüzü  uzun müddət ərzində elektrik enerjisi ilə təmin etməklə yanaşı, bizim əlavə generasiya güclərimiz nəticəsində ixrac imkanlarımızı da yaranıb. Hazırda 30-dan çox elektrik stansiyamız enerji təhlükəsizliyini təmin edir.

Ölkəmizdə qazlaşdırma 96 faizə çatıb. Bu, dünya miqyasında ən yüksək göstəricilərdən biridir.

Nəqliyyat infrastrukturu böyük dərəcədə müasirləşib. Davos Ümumdünya İqtisadi Forumunun hesabatına əsasən hava nəqliyyatının səmərəliliyinə görə Azərbaycan dünyada 11-ci, dəmir yollarının səmərəliliyinə görə  12-ci, avtomobil yollarının keyfiyyətinə görə isə Azərbaycan 27-ci yerdədir. Bütövlükdə infrastrukturla bağlı olan vəziyyətə görə Azərbaycan dünya miqyasında 34-cü yerdədir. Bu isə qürurvericidir.

İnfrastruktur layihələri arasında içməli su və meliorasiya layihələri də öz yerini tapıb. 2004-cü ildə Azərbaycanda içməli su ilə təminatı 40 faiz səviyyəsində idi. Bu gün isə bu rəqəm 70 faizə çatıb. Bakı şəhərində içməli suyu davamlı şəkildə alan əhalinin sayı 29 faiz idi, bu gün isə  bu rəqəm təxminən 82 faizə çatıb. Regionlarda isə əhalinin içməli su ilə əhatə dairəsi cəmi 9 faiz idi, bu gün bu rəqəm 63 faiz təşkil edir.

Son illərdə Azərbaycanda nəhəng su layihələri vəziyyəti tamamilə müsbət tərəfə dəyişib. Bu illər ərzində Oğuz-Qəbələ-Bakı su kəməri, su tutumu 270 milyon kubmetr olan və  təqribən 30 min hektar suvarılmayan torpaqlara su verən  Taxtakörpü su anbarı, su tutumu 165 milyon kubmetr olan Şəmkirçay su anbarı, cənub  zonasında yerləşən Göytəpə və Tovuzçay su anbarları inşa edilmişdir. Ceyranbatan su anbarı yenidən qurulmuş,   müasir təmizləyici qurğular inşa edilmişdir. Ümumiyyətlə, son 15 il ərzində yaradılmış böyük su anbarlarının həcmi 470 milyon kubmetrdir.

“Bu doğurdan da tarixi nailiyyətdir. Biz bunu ilk növbədə insanların sağlamlığı, iqtisadiyyatın, kənd təsərrüfatının inkişafı üçün etmişik.” Bunu videoformatda keçirilən müşavirədə  ölkə rəhbəri İlham Əliyev deyib.  

Keçidlər