Şriftin ölçüsü :

Saytın rəngi :

Aprelin 21-də Xaçmaz rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 92-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib.

21 aprel 2015 | 15:00

Xaçmaz rayon Mərkəzi Xəstəxanasında görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 92-ci ildönümü münasibətilə keçirilən anım mərasimində tibb işçiləri və rayonun ictimai-siyasi həyatında fərqlənən qadınlar iştirak edib. Toplantıda akademikin zəngin və mənalı ömür yoluna nəzər salınıb. Bildirilib ki, Zərifə Əliyeva təkcə respublikamızda deyil, beynəlxalq aləmdə də tanınan alim, ziyalı, ictimai xadim kimi dəyərləndirilib. Qeyd olunub ki, onun inkişaf etdirdiyi elm sahəsinin davamçıları alimin irsindən faydalanırlar. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik olan Zərifə xanım Əliyeva 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasında dünyaya göz açıb. O, tibbi fəaliyyəti dövründə Azərbaycanda geniş yayılan traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə böyük əmək sərf edib. Zərifə xanım Əliyeva oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Anım mərasiminin sonunda məktəblilər akademik Zərifə Əliyevaya və onun timsalında analara həsr olunan şerlər səsləndirib. 

Keçidlər