Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Qusarçay çayının üzərində yeni tikilmiş avtomobil körpüsü ilə tanış olub.

10 avqust 2020 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 10.08.2020-ci il tarixdə Qusarçay çayının rayon ərazisindən keçən hissəsində yeni tikilmiş avtomobil körpüsü ilə yaxından tanış olub.

Xaçmaz rayonunda fəaliyyət göstərən Həyat-Agro MMC rəhbəri Mehman Mustafayev Xaçmaz Rayon İcra Hakimiyyətinə Qusarçay çayının rayon ərazisindən keçən hissəsində avtomobil körpüsünün tikintisi təşəbbüsü ilə müraciət edib. Körpü Həyat-Agro MMC tərəfindən Xaçmaz Rayon İcra Hakimiyyətinin dəstəyi ilə tikilib.

Xaçmaz rayonunun Yataqoba və Dədəli kəndləri arasında yerləşən avtomobil körpüsünün tikintisinə mart ayında başlanılmışdır. Xüsusilə leysan yağışları zamanı çayın suyunun artması nəticəsində kəndlər arası gediş-gəliş çətinləşirdi.Yeni tikilən avtomobil körpüsü 15 yaşayış məntəqəsini birləşdirməklə, ətraf kəndlərdə yaşayan minlərlə sakinin yaşam şəraitini yaxşılaşdırmış və əhalinin razılığına səbəb olmuşdur.

İcra başçısı tərəfindən rayon ərazisində yeni körpülərin tikintisi, eyni zamanda mövcud körpülərin yenidən bərpası istiqamətində tədbirlərin icrası xüsusi diqqət mərkəzində saxlanılır.

Xaçmaz Rayon İcra Hakimiyyəti və rayon sakinləri Həyat-Agro MMC-yə göstərdikləri nəcib təşəbbüsə görə təşəkkürünü bildirir.

Keçidlər