Şriftin ölçüsü :

Saytın rəngi :

5 iyun-Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edilib

05 iyun 2026 | 17:10
Xaçmaz rayonunda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. Bayram münasibətilə Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Şahbazov və rayonun su təsərrüfatı işçiləri Xaçmaz şəhərinin mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər. İştirakçılar abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, dahi şəxsiyyət Heydər Əliyevin ölkəmizdə su təsərrüfatının inkişafı, yeni meliorativ qurğuların tikintisi və əkin sahələrinin suvarma suyu ilə təminatı istiqamətində həyata keçirdiyi misilsiz xidmətlər bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Peşə bayramı münasibətilə su təsərrüfatı işçilərini təbrik edənlər onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.
Keçidlər