5 mart - Bədən Tərbiyəsi və İdman Günü qeyd olunub
04 mart 2024 | 12:26
Xaçmaz Rayon İcra Hakimiyyətində 5 mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə idman ictimaiyyətinin nümayədələri ilə görüş keçirilib. Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev idmançıları və onların məşqçilərini əlamətdar bayram münasibətilə təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Qeyd edib ki, rayonda yeniyetmə və gənclərin sağlamlığının qorunması, idmanın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər bu sahədə görülən işlərin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyət daşıyır.
Görüşdə məlumat verilib ki, Xaçmazlı idmançılar ötən bir il ərzində beynəlxalq yarışlarda 3 qızıl, 4 gümüş və 19 bürünc medal qazanıblar.
İdmançılar və onların məşqçiləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda Xaçmaz rayonunda gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsində göstərdiyi xidmətlərə görə bir qrup şəxs, o cümlədən rayonda fəaliyyət göstərən idman klublarının məşqçi-müəllimləri eləcədə yarışlarda uğur qazanan idmançılar fəxri fərmanla təltif ediliblər.