Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı koronavirus pandemiyasına həsr olunmuş videomüşavirə keçirdib.

11 avqust 2020 | 16:00

Avqustun 11-də Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev hüquq-mühafizə orqanlarının, idarə, müəssisə  təşkilatlarının rəhbərlərinin və inzibati ərazi nümayəndələrinin iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar videokonfrans keçirib.

Videomüşavirədə rayon rəhbəri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı aparılan qabaqlayıcı tədbirlər barədə ətraflı məlumat verib. Həyata keçirilən tədbirlərin timsalında Xaçmaz rayonunda bu sahədə görülmüş işlər geniş formatda təhlil edib. İcra başçısı çıxışında bildirib ki, rayon ərazisində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin ciddi şəkildə əməl edilməsi diqqət mərkəzində saxlanılır. Bununla əlaqədar olaraq, əhali arasında müntəzəm qaydada geniş maarifləndirmə işləri aparılır və karantin rejiminin tələblərinə riayət olunmasına aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət olunmalıdır.

Karantin rejiminə tətbiq edilmiş yumşalmalar məsuliyyəti dahada artırmalı, yaranmış müsbət dinamika qorunub saxlanılmalıdır.

Elnur Rzayev istehsal, xidmət və ticarət sahələrində sanitar-epidemioloji vəziyyətin tələb olunan qaydalara uyğunluğunun yoxlanılması məqsədilə mobil qrupların işinin daha gücləndirilməsini qeyd etmişdir. Bildirilmişdir ki, koronavirus pandemiyasına görə ölkənin bəzi rayon və şəhərlərində tətbiq olunan sərt karantin rejiminin yumşaldılmasının nəticəsi olaraq rayonda çimərliklərin fəaliyyətinə icazə verilmişdir, rayonda dəniz turizminin mövcud olmasını nəzərə alaraq, çimərliklərin istifadəsində müəyyən edilmiş qaydaların tətbiqinə yerli qurumlar tərəfindən ciddi nəzarət edilməli, çimərliklərdəki sıxlıq səviyyəsi yoxlanılmalı, ərazidə sosial məsafə və təmizlik qaydalarına riayət səviyyəsinə nəzarət edilməli, çimərlikdə qida və digər əlavələrin istifadəsindən sonra müvafiq ərazini təmizlənilməsi məsələsi diqqət mərkəzində saxlanılmalıdır. Rayon rəhbəri videomüşavirənin sonunda verilən tapşırıqların icrasına ciddi nəzarət ediləcəyini diqqətə çatdırmışdır.

 

 

Keçidlər