Xaçmaz rayonunda koronavirus infeksiyasına qarşı reydlər və dezinfeksiya tədbirləri davam etdirilir.
Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Xaçmaz rayonunda ardıcıl qaydada qabaqlayıcı tədbirlər həyata keçirilir. Görülən tədbirlər çərçivəsində 11.08.2020-ci il tarixində Xaçmaz rayonunda növbəti reydlər aparılıb. Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı aparatının məsul işçiləri və rayon polis şöbəsinin məsul əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar rayonda ticarət obyektləri, apteklər, banklar və fəaliyyətinə icazə verilmiş digər obyektlərdə monitorinqlər keçirilərək, müvafiq tədbirlər görülmüşdür. Keçirilən yoxlamalar zamanı vətəndaşlarla Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin yerlərdə əhaliyə çatdırılması məqsədilə maarifləndirici söhbətlər aparılıb, sərtləşdirilmiş karantin rejimi dövründə sanitar qaydalara əməl olunmasının vacibliyi bildirilib. Rayonda keçirilmiş reydlər zamanı Operativ Qərargahın tələblərinə zidd fəaliyyət göstərən obyektlərə xəbərdarlıq edilərək, sanitar-gigiyena qaydalarına ciddi riayət edilməsi, işçi heyətə canlı təmas zamanı tənəffüs yollarını qoruyan tibbi maska, parça maska, respirator və s. kimi vasitələrdən istifadə olunması barədə göstərişlər verilib.
Bununla yanaşı, qəbul olunmuş tələb və tövsiyyələrə uyğun olaraq Xaçmaz Rayon İcra Hakimiyyəti tərəfindən rayonda dezinfeksiya işləri də davam etdirilir. Rayonun bütün yaşayış məntəqələrində dezinfeksiya işləri aparılaraq, mütəmadi istifadə edilən yollar dezinfeksiyaedici kimyəvi maddələrlə yuyulub. Bundan əlavə, rayon üzrə inzibati binaların ətrafı, yaşayış binalarının həyətləri, blokları zəruri avadanlıq və preparatlarla təchiz olunan işçi qruplar tərəfindən dezinfeksiya edilib.