Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şollar kəndinin problemləri ilə yerində tanış olub.
18.08.2020-ciil tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev rayonun Şollar kəndinə gedərək mövcud problemlər ilə yaxından maraqlanıb.
Yerli sakinlərlə görüşən rayon rəhbəri onları qayğılandıran məsələləri diqqətlə dinləmiş və kəndin bütün problemlərini diqqət mərkəzində saxlanacağını bildirmişdir. Əhali içməli su təminatında ciddi çətinliklərin yaşandığını İcra başçısına bildirərək, bu sahədə ciddi problemlərlə üzləşdiklərini diqqətə çatdırıblar.
Elnur Rzayev bildirmişdir ki, rayonun bütün kəndlərinin hər bir sahədə mövcud olan çatışmamazlıqları diqqət mərkəzindədir və onların həlli istiqamətində konkret addımlar atılır. Şollar kəndinin içməli su təminatı ilə bağlı problemi çox qısa müddət ərzində öz həllini tapacaqdır. Eyni zamanda kənd ərazisinin abadlaşması, komunal xidmətlərin göstərilməsi ilə bağlı tapşırıqlar verilib. Görüş zamanı bildirilmişdir ki, ölkədə yaşanan su qıtlığının aradan qaldırılması məqsədilə möhtərəm Prezident İlham Əliyev tərəfindən 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planı rayonumuzda bu sahədə olan problemlərin aradan qaldırılmasına kömək edəcəkdir.