Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda vətəndaşları qəbul edib

02 sentyabr 2020 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 02.09.2020-ci il tarixində vətəndaşları onlayn qaydada qəbul edib.

Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fərdi qaydada keçirilən onlayn qəbul əvvəlcədən müraciət edən sakinlərin iştirakı ilə baş tutub. Müraciətlər işlə təmin olunma, suvarma suyu ilə təminat və sututarların yenidən bərpası, şəhər ərazisində xidmət göstərən avtoyuma məntəqəsinin fəaliyyəti ilə bağlı olub.

Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiatı qurumlar üzrə yönləndirilib. Həmçinin Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Sonda rayon rəhbəri bildirib ki, yaranmış pandemiya şəraitindən irəli gələrək sakinlərin sağlamlığının qorunması məqsədi ilə vətəndaşların qəbulu onlayn qaydada davamlı olaraq həyata keçiriləcəkdir. 

 

 

 

 

Keçidlər