Şriftin ölçüsü :

Saytın rəngi :

“Bölgələrdən paytaxta” layihəsi Xaçmaza həsr olundu

29 oktyabr 2015 | 16:00

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Bölgələrdən paytaxta” adlı layihənin Xaçmaz rayonuna həsr edilən təqdimatı olub. Gənc Tamaşaçılar Teatrında keçirilən tədbir Xaçmaz Rayon İcra Hakimiyyəti ilə Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı əsasında reallaşıb. Əvvəlcə tədbir iştirakçıları Xaçmaz rayonunun sosial-iqtisadi inkişafını, zəngin mədəniyyətini, adət-ənənələrini, mətbəx nümunələrini, dekorativ tətbiqi sənət ustalarının əl işlərini, bölgənin turizm imkanlarını əks etdirən sərgi ilə yaxından tanış olublar. Tədbirdə çıxış edənlər ölkəmizdə həyata keçirilən beynəlxalq layihələrdən, mühüm mədəni tədbirlərin əhəmiyyətindən danışıblar. Qeyd olunub ki, son illər Azərbaycanda mədəniyyət və turizm sahəsinin inkişafı istiqamətində görülən ardıcıl tədbirlər regionlara da öz müsbət təsirini göstərib. Xaçmaz rayonunun inkişaf tarixindən, burda həyata keçirilən sosial-iqtisadi və mədəni layihələrdən bəhs edən videoçarx iştirakçılara təqdim olunub. RTV-nin istehsalı olan, xalq artisti Gülyanaq Məmmədovanın ifasında səslənən “Xaçmazım” mahnısının klipi tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Təqdimatda xaçmazlı incəsənət ustalarının o cümlədən rayon Uşaq İncəsənət Məktəbinin, Quxuroba kənd folklor klubunun, Xudat şəhər folklor evinin rəqs kollektivlərinin çıxışları rəğbətlə qarşılanıb.

Keçidlər