Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı təmir işləri aparılan məktəblərlə tanış olub

10 sentyabr 2020 | 16:00

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 10.09.2020-ci il tarixində Xudat şəhər 1 nömrəli orta məktəbin yeni tikilən binası və əsaslı təmir olunan Qımılqışlaq kənd orta məktəbində görülən işlərlə tanış olub.

Xudat şəhər 1 nömrəli orta məktəb binası ilə tanış olarkən məlumat verildi ki, əvvəlki bina təmirə yararsız olduqdan sökülərək yenisi tikilib. Yeni məktəb binası 432 şagird yerlik olmaqla bütün lazımi infrastrukturla təmin edilib. Qımılqışlaq kənd tam orta məktəbində 480 şagird yerlik olmaqla əsaslı təmir işləri həyata keçirilir. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxana, idman zalları və ayrıca istilik sistemi quraşdırılması nəzərdə tutulmuşdur.

2020 ci il ərzində cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Xaçmaz rayonun Tikanlıoba, Qədimalıqışlaq, Əbilyataq, Xanoba, Xanlıqoba, Çuxuroba və Hacıməhəmmədoba kəndlərində ümumilikdə 7 modul tipli məktəb quraşdırılır, Heydər Əliyev Fondu tərəfindən 1 məktəb binası əsaslı təmir olunub, eyni zamanda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində 1 məktəb binası əsaslı təmir olunur və 1 məktəb binası yenidən tikilmişdir. Ümumilikdə görülmüş işlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın elmə, təhsilə diqqət və qayğısını göstərir.

 

Keçidlər