Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı fəaliyyətə başlayacaq bağçalardakı vəziyyətlə tanış olub, videokonfrans vasitəsilə bağça müdirləri ilə iclas keçirib.

12 sentyabr 2020 | 16:00

12.09.2020 -ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 15 sentyabr tarixindən etibarən  fəaliyyət göstərəcək məktəbəqədər təhsil müəssisələrində olan vəziyyətlə yerində tanış olub.

Xaçmaz şəhər 1 və 2 saylı bağçada yaradılan şəraitlə tanış olan rayon rəhbəri xüsusi karantin rejimi dövründə fəaliyyəti bərpa edilən bağçalarda təlim-tərbiyə prossesinin mövcud qaydalara uyğun təşkil olunması ilə bağlı tapşırıqlarını verib.

İcra Hakimiyyətinin başçısı Qusarçay və Ağtala kəndlərində tikintisi davam edən uşaq bağçalarındakı vəziyyətlə tanış olub, tikinti işlərinin keyfiyyətlə həyata keçirilməsi və tezliklə yekunlaşdırılması ilə bağlı tapşırıqlarını verib.

Daha sonra bağça müdirlərinin və digər aidiyyəti təşkilatların rəhbərlərinin iştirakı ilə videokonfrans keçirilib. Konfransda çıxış edən Elnur Rzayev bildirib ki, Xaçmaz rayonu üzrə 24 uşaq bağçasından 18-i fəaliyyətə başlayacaq. Bütün bağçalarda müvafiq dizenfeksiya işləri həyata keçirilməli, bağçanın əməkdaşları testdən keçirilməlidir. Eyni zamanda ərzaq məhsullarının normala uyğun daşınması və saxlanılması təmin olunmalıdır. Daha sonra İcra başçısı müəyyən edilmiş  Qaydaların tələblərinə əməl edilməsinə nəzarət müəssisənin rəhbərində saxlanılmaqla təhsil müəssisələrində operativ nəzarət üzrə məsul şəxslərin təyin olunduğunu bildirmişdir. Bildirmişdir ki, operativ nəzarət üzrə məsul şəxslər COVID-19- a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlərin təşkili, yoluxma hallarının effektiv idarə olunması, tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına bu cür hallarla bağlı təsirlərin minimuma endirilməsi üçün məsuldur. Operativ nəzarət üzrə məsul şəxslər COVID-19-la mübarizə ilə bağlı məlumatlandırıcı və xəbərdaredici işləri tədris və təlim-tərbiyə prosesinin iştirakçılarına çatdırmalı, müəssisənin sanitariya normalarına və qaydalarına, gigiyena normativlərinə əməl edilməsi məqsədilə profilaktik və preventiv  tədbirləri həyata keçirməlidir.

Xaçmaz rayonu üzrə 6 uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilir. Xaçmaz şəhər 3 və 6 saylı, Qusarçay, Yalama, Həsənqala uşaq bağçaları əsaslı təmir edilir. Binası qəzalı vəziyyətdə olan Ağtala kənd uşaq bağçası üçün yeni bina tikilir. Yaxın zamanlarda təmirə ehtiyacı olan digər bağçalarda əsaslı təmir işləri həyata keçiriləcəkdir.

 

Keçidlər