Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondunun xaçmazlılara töhfəsi

18 sentyabr 2020 | 16:00

2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif  bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər təhsil müəssisələri istifadəyə verilmişdir.

Belə məktəblərdən biri Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir edilən Xaçmaz şəhər 6 nömrəli tam orta məktəbidir. Məktəb  yeni tədris ilində  müəllim və şagirdlərin istifadəsinə verilmişdir. 1976-cı ildən fəaliyyətə başlayan və yararsız vəziyyətə düşən 1176 şagird yerlik binanın Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunaraq  istifadəyə verilməsi müəllim kollektivi, şagird və valideynlərlə yanaşı  hər bir  xaçmazlının   böyük sevincinə səbəb olmuşdur.  

Zəruri mebel və avadanlıqla, fənn kabinetləri ilə təchiz edilən təhsil müəssisəsində müasir işıqlandırma sistemi qurulub, binanın həyətində qazanxana və su çənləri inşa olunub.

Məktəb binasında 55 sinif otağı, fizika, kimya, biologiya kabinetləri, fənn laboratoriyaları, informatika, hərbi təlim, tibb, əmək təlimi otaqları, kitabxana, yeməkxana,  200 nəfərlik akr zalı və açıq idman meydançası var.

Məktəb ərazisində vətən uğrunda canından keçən, Qarabağ döyüşlərində şəhid olan məzunların xatirə lövhəsi yaradılıb, təcrübə sahəsi və iki idman meydançası salınıb.

Məktəbnin kollektivi və bütün valideynlər Heydər Əliyev Fondunun xaçmazlılara bəxş etdikləri töhfəyə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev  Fondunun prezidenti  Mehriban Əliyevaya minnətdarlıqlarını bildirirlər.

Keçidlər