Şriftin ölçüsü :

Saytın rəngi :

Ölkəmizdə təhsilin, insan kapitalının inkişafı dövlət siyasətinin mühüm istiqamətidir

18 sentyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial və iqtisadi sahədə həyata keçirdiyi layihələr Xaçmaz rayonunda da uğurla icra olunur. Ölkə başçısının və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xüsusi  diqqət və qayğısı   sayəsində rayonumuzda təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni təhsil müəssisələrinin inşası, texniki cəhətdən  yararsız məktəb binalarının müasir səviyyədə əsaslı təmir olunması sahəsində çox mühüm işlər görülmüşdür. Belə ki, 2019-2020-ci tədris ilində  ölkə Prezidentinin Sərəncamlarına əsasən  484 yerlik 8 modul tipli ( 5 ibtidai, 2 ümumi orta və 1 tam orta məktəb) məktəb binalarında quraşdırma işləri davam etdirilir və bu tədris ilində müəllim və şagirdlərin istifadəsinə veriləcəkdir. Bundan başqa rayonun Xudat şəhərində 432 yerlik 1 nömrəli tam orta məktəb üçün yeni bina inşa edilir və hal-hazırda  tikinti işləri davam etdirilir. Qımılqışlaq kəndindəki 480 yerlik tam orta məktəbdə isə əsaslı təmir-tikinti işləri aparılır. Hər iki məktəbin  2020-ci tədris ilinin dekabr ayında istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunmuş 1176 yerlik Xaçmaz şəhər 6 nömrəli tam orta məktəb müəllim və şagird kollektivinin  istifadəsinə  verilmişdir.

Dövlətimizin başçısının böyük uzaqgörənliklə müəyyən etdiyi siyasi kurs, həyata keçirdiyi sosial-iqtisadi islahatlar, beynəlxalq münasibətlər sahəsində yürütdüyü  siyasət rayon sakinləri tərəfindən birmənalı olaraq  dəstəklənir.

Keçidlər