Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir

18 sentyabr 2020 | 16:00

Koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Xaçmaz  rayonunda profilaktik və təxirəsalınmaz tədbirlər, eyni zamanda əhali arasında maarifləndirmə işləri davam etdirilir.

Xaçmaz  Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və mobil qruplar rayon ərazisində müxtəlif ticarət və xidmət sahələrində, iri ərzaq satışı mağazalarında, apteklərdə  reydlər keçirirlər. Sakinlərə şəxsi gigiyena qaydalarına əməl edilməsi, sosial məsafənin gözlənilməsi, mütləq şəkildə tibbi maskalardan istifadə olunması tövsiyə edilir.

Keçidlər