Şriftin ölçüsü :

Saytın rəngi :

ATƏT-in Minsk qrupu Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində süni və qanunsuz məskunlaşma aparmasına reaksiya vermir

19 sentyabr 2020 | 16:00

Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi faktı dünyada hamıya məlumdur.

Ermənistan hər zaman qonşuluğunda olan ölkələrin ərazisinə və tarixi-mədəni irsinə iddialar irəli sürmüşdür. Ermənistanın öz cinayətlər ssenarisini davam etdirməsi və  ATƏT-in Minsk qrupunun buna dırnaqarası yanaşması, real situasiyaya operativlik göstərməməsi nəticəsində indiyədək Azərbaycan torpaqları işğal altındadır və müəyyən vaxtlarda baş verən insidentlər zamanı dinc əhali həlak olur.

Qarabağda süni şəkildə demoqrafik vəziyyəti dəyişməklə stratus-kvonu qorumaq, işğalın nəticələrini qəbul etdirmək üçün Livandan gətirilən ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən qanunsuz məskunlaşdırılmasına Minsk qrupunun üzvləri  heç bir reaksiya vermir.

Ermənistan rəhbərliyi Dağlıq Qarabağa Azərbaycan cəmiyyətini hiddətləndirən səfərlər edir. İrəvandan, Xankəndindən aqressiv bəyanatlar səsləndirilir, lakin ATƏT-in Minsk Qrupu bunları da görməzlikdən gəlir. Hələ də fərqinə varmırlar ki, Ermənistan sülh danışıqlarından faktiki olaraq çəkilib. İşğalçı ölkə beynəlxalq qurumların nizamlayıcı təkliflərini açıq-aşkar rədd edib.

Ermənistana qarşı heç bir əməli tədbirin görülməməsi, nəinki Minsk Qrupuna olan ümidləri heçə endirir, hətta ATƏT-in nüfuzuna xələl gətirir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, “ ATƏT-in Minsk Qrupu fəaliyyətində ikili standartlar və digər zərərli elementlər var. Bu da ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həllində obyektiv fəaliyyət göstərməsinə imkan vermir. ”

ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi faktdır və Azərbaycan onun formatının dəyişdirilməsi təklifi ilə çıxış edə bilər.

Keçidlər