Şriftin ölçüsü :

Saytın rəngi :

“ÖLKƏMİZİ TANIYAQ” TUR-AKSİYA İŞTİRAKÇILARI XAÇMAZDA

23 noyabr 2015 | 16:00

Səkkiz rayonun məktəblilərindən ibarət qruplar “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Xaçmaz rayonuna ekskursiya ediblər. İsmayıllı, Şamaxı, Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan 300-ə yaxın şagird Xaçmaz rayonu ilə tanışlığa ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət etməklə başlayıblar. Sonra Heydər Əliyev Mərkəzində olan məktəblilərə ulu öndərin zəngin həyatı, ölkəmizin inkişafı naminə gördüyü əvəzsiz işlər barədə ətraflı məlumat verilib. Tur-aksiya iştirakçıları mərkəzdəki fotostendləri maraqla izləyib. Məktəblilər Xaçmaz şəhərində açıq səma altında yaradılan Şəxsiyyətlər Muzeyində də olublar. Sonra tur-aksiya iştirakçıları Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyini də ziyarət edib.
Tur-aksiya iştirakçıları Xaçmazdakı Dövlət Rəsm Qalereyası, Xalça Muzeyi və Bayraq Meydanı Kompleksi ilə də tanış olublar. Xaçmazla tanışlıqdan sonra məktəblilər şimal regionuna ekskursiyalarını yekunlaşdıraraq doğma rayonlarına yola salınıblar.

Keçidlər