Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Gəncəli və Bəbəli kəndlərində su təsərrüfatının vəziyyəti ilə tanış olub və sakinlərlə görüşüb

22 sentyabr 2020 | 16:00

22.09.2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Gəncəli və Bəbəli kəndlərində su təsərrüfatının vəziyyəti ilə tanış olub, sakinlərin problemləri ilə maraqlanıb.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 31 mart tarixli 1957 nömrəli “Xaçmaz rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Sərəncamına əsasən rayon ərazisində ümumilikdə 13400 nəfər əhalini əhatə edən 10 ədəd subartezian quyusunun qazılması planlaşdırılır. Hal hazırda rayonun Nərəcan, Üryanoba və Gəncəli kəndlərində qazılan quyuların son tamamlanma işləri həyata keçirilir. Ağaverdioba, Armudpadar, Çarxı, Çaykənarı, Çılğır, Şıxhaput və Yaquboba kəndlərində isə quyuların qazılması növbəli şəkildə həyata keçirilərək ilin sonunadək təhvil veriləcəkdir.

Rayon İcra Hakimiyyətinin başçısı Gəncəli kəndində subartezian quyusunun qazılması ilə bağlı aparılan işlərlə yerində tanış olub. Məlumat verilib ki, hal-hazırda son tamamlanma işləri gedir və yaxın günlərdə artezian sakinlərin istifadəsinə veriləcəkdir. Elnur Rzayev bildirib ki, su təsərrüfatının yaxşılaşdırılması cənab Prezidentin daim diqqətindədir və onun tapşırığı ilə xüsusi komissiya yaradılıb. Hal-hazırda cənab Prezidentin müvafiq sərəncamlarına və qəbul etdiyi qərarlara əsasən Respublikamızın eyni zamanda Xaçmaz rayonun davamlı suvarma suyu və içməli su ilə təmin edilməsi istiqamətində işlər aparılır.

Daha sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Bəbəli kəndində sakinlərlə görüşüb. Kəndin qazla təmin olunması, köhnəlmiş elektrik naqillərinin yeniləri ilə əvəz olunması, kənd daxili yolların təmir olunması, telefon və internet xəttlərinin çəkilməsi kimi məsələlər müraciətlərin əsasını təşkil edib.

Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Keçidlər