Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistanda faşizm dövlət səviyyəsində təbliğ edilir

23 sentyabr 2020 | 16:00

Faşist ideologiyasının Ermənistanda nəsildən-nəsilə ötürülən bir təbliğat olduğunu biz yaxşı bilirik. Artıq bu təbliğatın motivləri dünya ictimaiyyətinə də açıq şəkildə məlum oldu. Belə ki, bütün dünya birliyinin faşizm üzərindəki qələbəni böyük sevinc və fəxrlə qeyd etdiyi bir gündə Ermənistanda 20 minə yaxın sovet insanının, əsasən dinc vətəndaşların qanını tökən faşist cəlladının abidəsi önünə əklil qoyulması və baş nazirin babasının faşistlərə xidmət göstərdiyi haqqında təkzibedilməz faktların üzə çıxması bu ölkədə siyasi rejimin faşizm ideologiyasına xidmət etdiyini əyani şəkildə sübutu oldu. Erməni legionu Njdenin başçılığı ilə Azərbaycanda minlərlə soydaşımızın günahsız qanını axıdıb, Zəngəzurda soyqırım törətmişdir.

Cənubi Qafqazın bu ölkəsində faşizmin populyarlaşdırılması dövlət siyasətinin tərkib hissəsinə çevrilib. Ən dəhşətlisi və hiddətləndiricisi odur ki, “Njdeizm” adlı faşist ideologiyası Ermənistanda tədris müəssisələrinin proqramına daxil edilib və gənc nəsil bu “dəyərlər” ruhunda tərbiyə edilir.

Böyük Vətən müharibəsi illərində Njde Bolqarıstan ərazisində 30-dan çox milliyyətcə ermənini fəaliyyətə cəlb edib, onların Qızıl Ordunun arxa cəbhəsində diversiya əməliyyatlarında iştirak etmişdir. Bununla da Qareqin Njde yalnız nasistlərin məxfi agenti deyil, həm də döyüşən ordunun arxa cəhbəsində diversiya-terror aktları törətmək üçün cəlb edən şəxs olub. Belə olan təqdirdə ermənilər tarixin onlara məxsus bu qara səhifələrini nə qədər dəyişdirməyə çalışsalarda, bu onların alnına yazılan qara ləkə kimi qalacaqdır.
 

Keçidlər