Şriftin ölçüsü :

Saytın rəngi :

XAÇMAZDA YENİ AZƏRBAYCAN PARTİYASININ YARADILMASININ 23-CÜ İLDÖNÜMÜ QEYD OLUNUB

23 noyabr 2015 | 16:00

Xaçmazda Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümünə həsr olunan konfrans keçirilib. Öncə konfrans iştirakçıları Yeni Azərbaycan Partiyasının qurucusu, ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Ardından Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirilən konfransda Yeni Azərbaycan Partiyasının keçdiyi 23 illik uğurlu tarixi yola nəzər salınıb. Toplantıda çıxış edənlər təşkilatın yaradılma zərurətindən, həmin dövrdə Azərbaycanın ictimai-siyasi həyatında baş verən hadisələrdən bəhs edib. Toplantıda YAP-ın fəaliyyətə başladığı ilk gündən dövlətçilik, vətənpərvərlik kimi ülvi prinsiplərə söykəndiyi qeyd olunub.

Konfransda həmçinin Yeni Azərbaycan Partiyasının Xaçmaz rayon Təşkilatının da bu illər ərzində geniş inkişaf yolu keçdiyi vurğulanıb. Bildirilib ki, hazırda  təşkilatın üzvlərinin sayı 8 mindən çoxdur ki, onların da 3900 nəfəri qadınlardır. Partiya sıralarına daxil olan gənclərin sayı isə, günbəgün artmaqda davam edir.

 

Keçidlər