Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 23.09.2020-ci il tarixində vətəndaşları onlayn formatda qəbul edib.
Elnur Rzayev tərəfindən fərdi qaydada keçirilən onlayn qəbul əvvəlcədən müraciət edən sakinlərin iştirakı ilə baş tutub.
Müraciətlər işlə təmin olunma, suvarma suyu ilə təminat, əlillik dərəcəsinin təyin edilməsi, mənzil təmiri, qaz çəkilməsi, sosial müdafiə məsələləri ilə bağlı olub.
Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiyyəti qurumlar üzrə yönləndirilib. Həmçinin, Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.