Şriftin ölçüsü :

Saytın rəngi :

BMT-nin gücləndirilməsinə və islahata ehtiyac var

23 sentyabr 2020 | 16:00

BMT Baş Assambleyasının 75-ci Sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək səviyyəli iclas Azərbaycan xalqı və dövlətimiz üçün bir neçə cəhətdən əhəmiyyətli oldu. Həmin mötəbər toplantıda Azərbaycanın dövlət başçısının ilk çıxış edən natiqlərdən biri olması şübhəsiz ki, Prezident İlham Əliyevə həm Azərbaycanın dövlət başçısı, həm də Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq səviyyədə göstərilən hörmət və etimadın təzahürüdür.

120 ölkə adından çıxış edən dövlətimizin başçısı beynəlxalq aləmdəki yeni problemlərdən narahatlıq ifadə etməklə kifayətlənməyərək, həmin anda tribunasından çıxış etdiyi  BMT-nin fəaliyyəti haqqında da yeni orjinal fikirlər səsləndirdi: ”Biz BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, universal və təmsilçiliyi təmin edən orqanı kimi nüfuzunun möhkəmləndirilməsi, habelə geosiyasi reallıqlara cavab verən daha demokratik, məhsuldar, səmərəli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq”.

Dövlətimizin başçısı çıxışının sonunda əmin olduğunu bildirmişdir ki, multikulturalizmin və beynəlxalq əməkdaşlığın simvolu olan BMT-yə müzakirələr zamanı açıq və güclü dəstək veriləcək: “Azərbaycan BMT-nin daha da güclənməsi, onun beynəlxalq münasibətlərdə əhəmiyyətinin və nüfuzunun yüksəlməsi üçün digər dövlətlərlə birgə işləməyə hazırdır.”

Keçidlər