Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisində sakinlərlə görüşüb və şəhərdə görüləcək işlərlə tanış olub

25 sentyabr 2020 | 16:00

25.09.2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərinin 4-cü şöbə adlanan ərazisində vətəndaşlarla görüş keçirib, görüləcək işlərlə tanış olub.

Vətəndaşlar onları narahat edən məsələləri icra başçısının nəzərinə çatdırıb. Ərazinin qazla təmin olunması, daxili yolların təmir olunması, içməli və suvarma suyu ilə təmin olunması kimi məsələlər müraciətlərin əsasını təşkil edib.

Sakinlər tərəfindən qaldırılan məsələlərin bəziləri yerindəcə həll olunub, müəyyən vaxt tələb edən digər məsələlərin həlli istiqamətində isə müvafiq tapşırıqlar verilib.

Elnur Rzayev bildirib ki, Xudat bələdiyyəsinin vəsaiti hesabına 1-ci, 4-cü şöbələrdə və yeni yaşayış massivində 3 ədəd artezian quyusu qazılaraq vətəndaşların istifadəsinə veriləcək, artezianların qazılması içməli və suvarma suyu ilə təminatı yaxşılaşdıracaq. Eyni zamanda icra başçısı qeyd edib ki, həmçinin 2-ci şöbə ərazisində yerləşən əhali arasında “Xatirə bulağı” kimi tanınan ərazi də yaxın zamanda abadlaşdırılaraq sakinlərin istifadəsinə veriləcəkdir.

Ümumilikdə Xudat bələdiyyəsi tərəfindən 2020-ci ilin sonunadək şəhər ərazisində 20-yədək küçənin çınqıl örtüklə üzlənməsi, Rus qəbiristanlığının hasara alınması, 3 ədəd artezian quyusunun qazılması, 4-cü şöbə ərazisindəki stadionun bərpa edilməsi, “Xatirə bulağı”nın abadlaşdırılması işləri həyata keçiriləcəkdir.

Keçidlər