Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Ordusu Murov dağı silsiləsindəki əhəmiyyətli yüksəkliyi azad etdi

27 sentyabr 2020 | 16:00

Cəbhənin Goranboy istiqamətində Azərbaycan Ordusunun keçirdiyi hərbi əməliyyat nəticəsində Murov dağı silsiləsindəki Murov zirvəsi azad olunub.

Əməliyyat nəticəsində Azərbaycanın işğal olunmuş ərazilərini Ermənistanla birləşdirən hərbi əhəmiyyətli Vardenis-Ağdərə avtomobil yolu vizual, eləcə də atıcı silahların və artilleriya vasitələrinin atəş nəzarətinə götürülüb. Əldə edilən hərbi üstünlük Ermənistandan əlavə hərbi yüklərin işğal altında olan Kəlbəcər və Ağdərə istiqamətindəki marşrutla daşınmasının qarşısını almağa imkan verir.

EŞQ OLSUN AZƏRBAYCAN ORDUSUNA! QƏLƏBƏ BİZİMLƏDİR!

Keçidlər