Xalq, dövlət, ordu birliyi
Siyasi baxışlarından, yaşından, statusundan, məşğuliyyət növündən, cinsindən asılı olmayaraq Azərbaycan vətəndaşları mənfur düşmənin növbəti dəfə Vətən torpaqlarına göz dikdiyi zaman bir nəfər kimi Ali Baş Komandana, Silahlı Qüvvələrimizə dəstəklərini ifadə edirlər.
Ölkəmizdə Prezidenti İlham Əliyevin “Hərbi vəziyyətin elan edilməsı haqqında” Fərmanından irəli gələn müddəalar təkcə yüksək hərbi hazırlıqdan xəbər vermir,eyni zamanda özündə xalq, dövlət və ordu birliyini əks etdirir.
Ölkədə hərbi vəziyyətin elan olunması erməni təxribatlarına adekvat cavabdır. Yaşından və sosial statusundan asılı olmayaraq, minlərlə insanın könüllü kimi orduya yazılma faktı Azərbaycan cəmiyyətinin hərbi vəziyyətə hazır olduğunu bir daha sübut edir.
Hərbi vəziyyət Ermənistanın işğal siyasətinə cavabdır. Ölkədə hərbi vəziyyətin elan olunması militarist ritorikanın davamı deyil. Bu fərman erməni işğalının qarşısının alınması siyasətinin davamıdır.