Şriftin ölçüsü :

Saytın rəngi :

“Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanın tələblərinə riayət etmək hər bir vətəndaşın borcu və şəxsi məsuliyyətidir

29 sentyabr 2020 | 16:00

“Hərbi vəziyyət elan edilməsi haqqında ”Fərmanın tələblərinə riayət etmək artıq hər bir Azərbaycan vətəndaşın borcu və şəxsi məsuliyyətidir.

Ölkədə hərbi vəziyyətin elan olunması və Azərbaycan Respublikası Prezidentinin sözügedən Fərmanının xalq tərəfindən dəstəklənməsi dünya ictimaiyyətinə ünvanlanmış siyasi mesajdır. Bu Azərbaycan xalqının ruh yüksəkliyi və haqq uğrunda mübarizəyə hazır olması barədə mesajdır.

Azərbaycan Ermənistandan fərqli olaraq işğalçı siyasət yürütmür. Dözümlülük, sülh və mədəniyyətlərarası dialoq bütün dövrlərdə olduğu kimi, bu gün də əsas siyasi və mənəvi dəyərlərdəndir. Məhz həmin dəyərlərin ölkədə və bütövlüklə regionda qorunması naminə Azərbaycan dövləti öz ədalətli müharibəsini aparır.

Azərbaycan Respublikası Prezidentinin “Hərbi vəziyyət elan edilməsi haqqında” Fərmanı ona dəlalət edir ki, Azərbaycan hökuməti və Azərbaycan xalqı artıq öz seçimini edib, bu seçim haqqın və tarixi ədalətin bərpa olunması qərarıdır. Bu bizim haqq işimizdir.

 

Keçidlər