Şriftin ölçüsü :

Saytın rəngi :

Xalqı birləşdirən siyasət

29 sentyabr 2020 | 16:00

Ölkəmizdə fəaliyyət göstərən siyasi partiyaların rəhbərləri öz bəyanatlarında dövlət başçısının status-kvonun dəyişməz qalmasının mümkünsüz olması haqqındakı  fikrini birmənalı dəstəkləyir.

Azərbaycan ədalətli və məsuliyyətli mövqe nümayış etdirir. Siyasi partiya rəhbərlərinin öz birgə bəyanatında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin: “Bizim Ermənistan torpağında siyasi və hərbi maraqlarımız yoxdur” – fikrini sitat gətirməsi Azərbaycanın ədalətli mövqe tutması haqqında xəbər verir.

Azərbaycanın haqq və ədalətli mövqeyi şəxsi ambisiyalardan imtina etməyi və milli maraqlar naminə vahid qüvvə kimi çıxış etməyi tələb edir. Tarixi ədalət və haqq uğrunda aparılan müharibədə xalq iqtidar və müxalifət cəbhələrinə bölünməz, bunu etmək istəyən qüvvələr isə düşmənin yanında duranlardır.

Özlərini xalqın, millətin yanında olduqlarını göstərməyə çalışan Müsavat Partiyası və Azərbaycan Xalq Cəbhəsi Partiyası təəssüflər olsun ki, Vətənimizin bu ağır günündə, torpaqlarımızın Ermənistanın işğalından azad edilməsi üçün şanlı ordumuzun uğurlu əks hücüm əməliyyatlarına digər siyasi partiyalarla birlikdə dəstək vermədilər. Ali Baş Komandanın bu sahədə həyata keçirtdiyi siyasəti dəstəkləməmələri  onların səmimi olmadıqlarını və  əsl simalarını bir daha göstərir.

Azərbaycan xalqının 30 ildir səbirsizliklə gözlədiyi Vətən müharibəsinin başlanmasının ilk günündə Müsavat və Azərbaycan Xalq Cəbhəsi Partiyalarının ümummilli dəyərlərə sahib çıxmayaraq, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsinə sevinməyərək, düşmən dəyirmanına su tökdülər. Siyasi ədavət saxlayan bu partiyalar belə bir tarixi gündə Ali Baş Komandan İlham Əliyevin yanında olmaq qabiliyyətini göstərə bilmədilər.

Bu gün Azərbaycan cəmiyyəti hər zaman olduğundan daha böyük milli həmrəyliyin şahididir. Ölkənin siyasi tarixində ilk dəfə olaraq 50 siyasi partiya rəhbərinin Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olduqlarına dair birgə bəyanatı milli birliyinin ən ali təcəssümüdür.

 

Keçidlər