Şriftin ölçüsü :

Saytın rəngi :

Peşəkar Azərbaycan Ordusu

02 oktyabr 2020 | 16:00

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşən  Azərbaycan  Respublikasının  Prezidenti,  Silahlı Qüvvələrin  Ali Baş Komandanı  İlham Əliyev demişdir ki, Azərbaycan Ordusu uğurlu əməliyyat keçirərək strateji yüksəklikləri işğalçılardan azad edib, bir neçə yaşayış məntəqəsini işğaldan azad edib. Haqq ilə peşəkarlıq birləşəndə qələbə qaçılmaz olur. Haqq, tarixi həqiqət, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir. Azərbaycan xalqı öz dövlətinin ərazi bütövlüyünü bərpa edəcək. Orduda ruh yüksəkliyi var. Cəmiyyətdə ruh yüksəkliyi var. Azərbaycan xalqı qəhrəman xalqdır ki, sizin kimi övladlar yetişdirib.

Dövlətimizin başçısı daha sonra  Ermənistan rəhbərliyinin  yeni təxribatlar hazırladığını, Azərbaycanın yaşayış məntəqələrini yenə də atəşə tutduğunu, hər gün mülki əhali arasında itkilərimizin  artdığını bildirərək demişdir ki, bu erməni faşizminin eybəcər sifətini göstərir. Azərbaycan isə mülki əhaliyə qarşı heç vaxt vuruşmur.

Cəbhə bölgəsində yaşayan soydaşlarımızın hamısı yerindədir, hamısı “Vətən sağ olsun” deyirlər və ordumuza güvənirlər. Azərbaycan əsgəri böyük qəhrəmanlıq, şücaət göstərib, Vətən uğrunda şərəflə vuruşub öz adlarını Azərbaycan tarixinə yazdırıb.

Keçidlər