Şriftin ölçüsü :

Saytın rəngi :

10.12.2015-ci il tarixdə Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində dini radikalizmə qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir.

10 dekabr 2015 | 16:00

Tədbir rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilib. Əsasən yuxarı sinif şagirdlərinin iştirak etdiyi seminarda radikalizmə qarşı mübarizədə maarifçiliyin əsas silah olduğunu vurğulayıblar. Qeyd edilib ki, bir çox hallarda İslamı dini radikalizmlə əlaqələndirməyə və dünyaya mənfi yöndən təqdim etməyə çalışsalar da, İslam dini özünün mütərəqqi əxlaqi dəyərləri ilə tanınır. Müxtəlif dinlərə məxsus xalqların yüzilliklər ərzində dinc və mehriban şəraitdə yaşadığı respublikamızda bütün bölgələrdə olduğu kimi, Xaçmazda da hər bir vətəndaşın konstitusion hüquq və azadlıqları, o cümlədən dini etiqad və əqidə azadlığı tam təmin olunub. Tədbirdə  Bakının Nardaran qəsəbəsində baş verən hadisələrin İslami dəyərlərlə heç bir əlaqəsinin olmadığı və bu cür hadisələrin insanlar tərəfindən qəbuledilməzliyi vurğulanıb. Şagirdlər də öz maraqlı mülahizələri ilə çıxış ediblər.

Keçidlər