Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan xalqı öz siyasi rəhbərliyinin axmaq niyyətlərinin əziyyətini çəkir.

07 oktyabr 2020 | 16:00
 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  oktyabrın 4-də Azərbaycan xalqına müraciəti tarixi bir hadisədir və olduqca mühüm əhəmiyyət kəsb edir. Bu bir daha ölkə rəhbərinin çox təmkinli, qətiyyətli, xalqına, dövlətinə, torpağına hədsiz sevgi bəsləyən dahi bir siyasi lider olduğunu nümayiş etdirir.

Dövlətimizin başçısı müraciətində Ermənistan xalqının öz siyasi rəhbərliyinin axmaq niyyətlərinin əziyyətini çəkdiyini,  Ermənistanın baş nazirinin cəfəng fikirlər ortaya atdığını, tarixi saxtalaşdırdığını, öz xalqını və beynəlxalq ictimaiyyəti aldatdığını, bir il bundan əvvəl o, “Qarabağ Ermənistandır və nöqtə” deməklə bütün danışıqlar prosesinə zərbə vurduğunu və danışıqları mənasız etdiyini vurğulamışdır.

Daha sonra ölkə Prezidenti  danışıqlar üçün heç bir əsas qalmadığını, Azərbaycan xalqının tarixinə zərbə vuran erməni cəlladları ilə danışıqların aparılmasının mümkünsüzlüyünü, qondarma rejimin başçısının qorxaq erməni xislətinə xas olaraq siçan kimi qaçıb gizləndiyini, Ermənistan rəsmilərinin düşünmək üçün çox az vaxtı qaldıqlarını, hələ ki, gec deyil yaxşı düşünməli və düzgün nəticələr çıxartmalarını diqqətə çatdırmışdır.

Dövlətimizin başçısı daha sonra qeyd edib ki, Cəbrayılın işğaldan azad edilməsi Ermənistana, onun havadarlarına Azərbaycandan tarixi dərs olmalıdır. Verilən dərslərdən Ermənistan nəticə çıxartmalı və təxribatlarından əl çəkməlidir.

Xalqımızın haqqı bərpa olunacaqdır. Xalqımız tarixin ən şərəfli anlarını yaşayır. Ərazi bütövlüyümüz bərpa ediləcək və Azərbaycanın ümidləri özünü doğruldacaqdır. Biz haqlıyıq, biz zəfər çalacağıq.

 
Keçidlər