Şriftin ölçüsü :

Saytın rəngi :

Minsk qrupunun tərkibi dəyişməlidir

16 oktyabr 2020 | 16:00

Oktyabrın 13-də Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibə verən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Minsk qrupunun fəaliyyəti ilə əlaqədar diqqərə çatdırdıraraq: “Minsk qrupu 1992-ci ildə yaradıldı. O zaman hansı əsaslar buna səbəb oldu bilmirik. O qrupda elə ölkələr var ki, heç bu bölgə ilə maraqlanmırlar. Heç bu bölgədə onların hər hansı maraqları da yoxdur, təsiri də yoxdur. Ona görə də əgər münaqişənin həll edilməsini istəyirlərsə,-biz  bunu istəyirik,- elə ölkələr olmalıdır ki,onlar real həyatda sülhün təmin olunmasına xidmət edə bilsinlər. Biz qardaş Türkiyəni bu prosesdə görürük və alqışlayırıq. Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. De-yure ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var” - demişdir.

Daha sonra Türkiyənin hərbi əməliyyatlarda iştirakı ilə əlaqədar dövlətimizin başçısı -“Türkiyənin burada iştirakı, yaxud da ki, hansısa xarici güclərin buraya gətirilməsi tamamilə yalandır. Türkiyə F-16-ları buradadır. Onlar təlim zamanı gəlmişdilər, təlimdən və erməni hücumlarından sonra burada qaldılar. Amma onlar yerdədir, havada deyil. Onlardan heç biri bu savaşda iştirak etməyib. Türkiyədən heç bir insan bu savaşda iştirak etmir. O ki qaldı, əcnəbi insanlara, o da yalandır. O, atılan iftiradır, böhtandır. Bir dənə də sübut gətirilmədi,” – deyə qeyd etmişdir.

Dövlətimizin başçısı müsahibəsində artıq müharibə başa çatandan sonra nəinki bölgənin, dünyanın dəyişəcəyini, hər kəsin Azərbaycanın gücünü gördüyünü, Azərbaycan ilə hesablaşacaqlarını vurğulayaraq  demişdir: “Onsuz da müəyyən regional məsələlərdə Azərbaycanın rolu çox önəmlidir, o daha da artacaq. Təbii ki, Türkiyə-Azərbaycan birliyi daha da möhkəm olacaq. Bu da həm Türkiyə, həm Azərbaycan üçün həyati əhəmiyyət, önəm daşıyır. Türkiyə-Azərbaycan birliyi bölgəyə sabitlik, sülh gətirir.”

Keçidlər