Şriftin ölçüsü :

Saytın rəngi :

Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələrini raket atəşinə tututub.

17 oktyabr 2020 | 16:00

Ermənistan silahlı qüvvələrinin oktyabrın 17-də gecə saat 01 radələrində, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissələrini raket atəşinə tutması nəticəsində 13 nəfər həlak olub, 48 nəfər xəsarət alıb.

Həlak olmuş şəxslərdən 4-ü qadın, 3-ü isə azyaşlıdır. Xəsarət almış mülki şəxslərdən isə 20-si qadın, 5-i azyaşlıdır. Bundan başqa, 2 uşaq itkin düşüb.

Ümumiyyətlə, sentyabrın 27-dən etibarən Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi ağır artilleriya qurğularından və raket sistemlərindən atəşə tutması nəticəsində mülki şəxslərdən 60 nəfər həlak olub, 270 nəfər isə xəsarət alıb. Həmçinin Ermənistanın ordusunun intensiv ağır artilleriya və raket atəşi nəticəsində 1704 ev, 90 çoxmənzilli yaşayış binası və 327 mülki obyekt yararsız vəziyyətə düşüb.

Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə konvensiyaları və onların Əlavə protokollarını, BMT-nin Təhlükəsizlik Şurasının qərar və qətnamələrini kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla döyüş əməliyyatlarının aparıldığı bölgədən uzaqlıqda yerləşən Azərbaycan şəhərlərini və əhalinin sıx yaşadığı məntəqələri intensiv atəşə tutur.

Keçidlər