Şriftin ölçüsü :

Saytın rəngi :

Dünya bir daha Ermənistan rəhbərliyinin namərd və faşist əməllərinin şahidi oldu

20 oktyabr 2020 | 16:00

Oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

Dövlətimizin başçıısı müraciətində deyib: “Bu gün Ermənistanın faşist rəhbərliyi növbəti hərbi cinayət törədib. Gəncə və Mingəçevir şəhərləri raket atəşinə məruz qalıb. Bu namərd atəş nəticəsində soydaşlarımız həlak olub, yaralanıb. Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır və demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır. Bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır, 2 mindən çox ev dağıdılıb, ya da ki, bu evlərə çox böyük ziyan vurulubdur. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz.”      

Oktyabrın 17-də gecə saat 01:00 radələrində Ermənistanın  Azərbaycanın Gəncə şəhərini ballistik raket atəşinə tutması nəticəsində  Azərbaycanın ikinci böyük şəhəri olan və cəbhə xəttindən çox uzaqda yerləşən Gəncə şəhərinə sayca üçüncü dəhşətli hücum ciddi sayda mülki insanların itkisinə səbəb olub. 14 şəxs, o cümlədən 2 uşaq həyatını itirib, 55 dən çox insan ciddi yaralanıb. Baş verənlər Azərbaycana, ümumbəşəri dəyərlərə və insanlığa qarşı cinayətdir. Bununla da dünya bir daha Ermənistan rəhbərliyinin Azərbaycanda mülki əhaliyə qarşı insanlığa sıxışmayan namərd və faşist əməllərinin şahidi oldu.

Ermənistan rəhbərliyinin dinc əhaliyə əməliyyat operativ raket kompleksləri  vasitəsi ilə  atəş açaraq hərbi cinayət törətdiyini  vurğulayan dövlətimizin başçısı daha sonra müraciətində- “onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk. Şəhidlərin, günahsız insanların qisasını döyüş meydanında alırıq və alacağıq. Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq. Biz ermənilər deyilik. Bizim öz yolumuz var, bizim öz amalımız var və bütün Azərbaycan xalqı bu amal ətrafında birləşib. Bütün Azərbaycan xalqı həmrəylik, vətənpərvərlik göstərir” – demişdir.

Keçidlər