Şriftin ölçüsü :

Saytın rəngi :

Erməni vandalizmi, Qarabağa qayıdış, qazilərə qayğı və quruculuq işləri

16 noyabr 2020 | 16:00

Sentyabrın 27-də Ermənistanın cəbhə xəttində törətdiyi hərbi təxribatlardan sonra şanlı ordumuzun əks-hücum əməliyyatları və ordumuzun döyüş meydanındakı qəhrəmanlıqları nəticəsində torpaqlarımız işğaldan azad edildi. Azərbaycan Ordusunun şücaəti, yüksək döyüş qabiliyyəti və apardığı əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Ötən illər ərzində məqsədyönlü şəkildə inkişaf etdirilən, maddi-texniki bazası gücləndirilən, dünyanın ən güclü orduları sırasında olan Şanlı Azərbaycan Ordusunun sarsıdıcı zərbələri nəticəsində ağır itkilər verən Ermənistanın silahlı qüvvələrinin müqaviməti sındırıldı. İşğalçı ölkə artıq rəşadətli  Azərbaycan ordusu qarşısında duruş gətirə bilməyəcəyini dərk etdi və diz çökdü!

44 günlük müharibə ərzində dünya bir daha erməni vandalizminin, erməni faşizminin şahidi oldu.

Düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb, yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai binalar, tarixi abidələr,  qəbirlər və məscidlərin 99 faizi dağıdılıb. Düşmənin törətdiyi  hərbi cinayətlərin uçotu və  dəymiş ziyanın hesablanması üçün araşdırma aparılır, beynəlxalq ekspertlər dəvət ediləcək,düşmən həm fərdi qayda, həm də mütəşəkkil qaydada beynəlxalq məhkəmələrə veriləcək, təzminat ödəyəcəklər.

Ermənistan işğal edilmiş bütün ərazilərin onlarda qalmasını əks etdirən xəritələr dərc etmiş, işğal edilmiş ərazilərin adlarını dəyişmiş,tarixi Azərbaycan ərazilərinə xaricdən gəlmə erməniləri  Şuşada, Arazboyu yerləşən rayonlarda məskunlaşdırmaq istəyirdilər.

44 günlük müharibə vaxtı Azərbaycanın hərbi əməliyyatlar aparılmayan ərazisində ermənilərin hərbi cinayətləri nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən çox mülki şəxs yaralandı, 3 mindən çox bina dağıldı.  Dağılmış bütün evlərin hamısı dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək.

Azərbaycanın 44 günlük müharibədə verdiyi itkilər 26 illik atəşkəs müddətində verdiyi itkilərdən qat-qat azdır.

Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək. Onlar üçün tikiləcək evlər, əvvəlki evlərdən daha yaxşı, daha geniş olacaq. Qarabağ əsl cənnət məkanına çevriləcək, yenidən doğulacaq, yenidən canlanacaq, dirçələcək. Evlərindən didərgin salınan azərbaycanlılar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının nəzarəti altında yurdlarına geri dönəcəklər. Azərbaycan dövləti məcburi köçkünlərin məskunlaşdırılması üçün bütün imkanlarından istifadə edəcək.

Yaralı əsgər və zabitlərin gələcək həyatlarının qurulmasına bütün dövlət qurumları, özəl şirkətlər cəlb olunacaq, onları, işlə təmin etmək üçün xüsusi addımlar atılacaq. Şəhid ailələrinin problemləri öz həllini tapacaq. Bu il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin ediləcək. Vətən müharibəsində şəhid olmuş insanların yaxınlarına qısa müddət ərzində maddi dəstək göstəriləcək, dəqiq uçot aparılandan sonra onlara mənzillərin, evlərin verilməsi təmin ediləcək.

Döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilər təltif ediləcək. Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə yeni təsis edilmiş  orden və medallar veriləcək.

Düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya gətirilərək xüsusi  yerdə  nümayiş etdiriləcək.

Keçidlər