Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı COVİD-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş videomüşavirə keçirib

23 noyabr 2020 | 16:00

23.11.2020-ci il tarixində Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xaçmaz rayonunda fəaliyyət göstərən idarə, təşkilat, müəssisə rəhbərlərinin, İƏD üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, ticarət obyeklərinin və istehsalat müəssisələrinin rəhbərlərinin iştirakı ilə COVİD-19 pandemiyası ilə mübarizəyə həsr olunmuş videomüşavirə keçirib.

Videomüşavirədə çıxış edən Elnur Rzayev Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində Azərbaycan Ordusunun qələbəsi münasibətilə iştirakçıları təbrik edib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, yaralılara tezliklə sağlamlıqlarına qovuşması arzu edilib.

Qeyd edilib ki, son dövrlərdə ölkə ərazisində həmçinin Xaçmaz rayonunda koronavirus xəstəliyinə yoluxmada artım tempi müşahidə olunur. Yoluxmanın aradan qaldırılması üçün Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş tələb və tövsiyyələrin icra vəziyyətinin yerinə yetirilməsi, həmçinin reydlərdə iştirak edən qruplara nəzarət məqsədilə rayonda 6 mobil nəzarət qruplarının yaradılması məqsədəuyğun hesab edilmişdir.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə bütün rayon ərazisini əhatə edən, RİHB müavinlərinin və şöbə müdirlərinin rəhbərlik etdiyi, digər aidiyyatı qurumların əməkdaşlarınında tərkibində olduğu mobil nəzarət qrupları yaradılmışdır.

İcra başçısı bildirib ki, müəyyən edilmiş mobil nəzarət qrupları ərazilərdə qaydaların icra edilməsinə məsul hesab edilməklə, təhkim olunduqları yerlərdə digər qrupların gündəlik olaraq apardıqları reydlərin keyfiyyətini gücləndirməlidir.

Həmçinin mobil qruplar tərəfindən COVİD-19 infeksiyasına yoluxmuş və evdə müalicə olunan xəstələrdən yaşayış yerinin tərk edilməməsi ilə bağlı müvafiq iltizamların alınmasını təmin etməlidir.

Rayon rəhbəri qeyd edib ki, aidiyyəti qurumlar COVİD-19-a yoluxma hallarının qarşısının alınması məqsədilə qabaqlaqyıcı tədbirlərin təşkili və yoluxma hallarının minimuma endirilməsində cavabdehdirlər.

Daha sonra Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev aparılan tədbirlərin keyfiyyətlə icrasına nəzarətin Rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərargah tərəfindən həyata keçiriləcəyini videokonfrans iştirakçılarının diqqətinə çatdırmışdır.

Keçidlər