Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı fəaliyyətinə icazə verilmiş obyektlərdə qəbul edilmiş qaydaların icra vəziyyəti ilə tanış olub
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərara uyğun olaraq, Xaçmaz rayonunda karantin rejimi qaydalarının təmin olunması üçün nəzarət tədbirləri həyata keçirilir.
Karantin rejiminin tələblərinə riayət olunması məqsədilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı və rayonun hüquq-mühafizə orqanlarının iştirakı ilə şəhər ərazisində növbəti reyd keçirilib. Aparılan reydlər zamanı rayonda Operativ Qərargahın qəbul etdiyi qərarların icra vəziyyəti öyrənilmiş, sosial məsafənin qorunması, tibbi maskalardan istifadənin zəruriliyi vətəndaşların diqqətinə çatdırılmışdır.
24.11.2020-ci il tarixində həyata keçirilmiş növbəti reydlər zamanı Rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayev aidiyyəti qurumların rəhbərləri ilə birlikdə əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində və fəaliyyətinə icazə verilmiş digər obyektlərdə qəbul edilmiş qaydaların icra vəziyyəti ilə tanış olub. Sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyi barədə geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılıb, obyekt sahiblərinə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə ciddi əməl etmələri baradə müvafiq tapşırıqlar verilib.