Şriftin ölçüsü :

Saytın rəngi :

İndi Ağdam üçün yeni dövr başlayır. Bizim böyük planlarımız var.

24 noyabr 2020 | 16:00

Ağdam rayonu yenidən Azərbaycanın ən zəngin, mədəniyyətin, aqrar sənayenin, kənd təəsrrüfatının gur inkişaf etdiyi rayonlarından birinə çevriləcək.

Ağdam şəhərinin bərpası üçün baş plan hazırlanacaq, mütəxəssislər cəlb olunacaq, infrastruktur layihələri planlı şəkildə icra ediləcək, inzibati binalar, sosial obyektlər, yollar və digər lazım olan işlər görüləcək.

Vətəndaşlara oraya qayıtmaq üçün dövlət tərəfindən kömək göstəriləcək.

İşğaldan azad edilmiş bütün rayonların sakinləri əmin ola bilərlər ki, Azərbaycan dövləti hər zaman onların yanında olacaqdır.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi artıq arxada qalır. Azərbaycan döyüş meydanında parlaq Qələbə qazanaraq siyasi meydanda da istədiyinə nail ola bilmişdir.

Ermənistan uğursuz ölkədir, bu uğursuzluğun səbəbi işğaldır.

İşğalçı Ermənistan döyüş meydanında məğlub olaraq bütün dünya qarşısında rəzil oldu.

İşğalçlıq siyasəti Ermənistanı uçuruma apardı. Ermənistan bu 30 ilə yaxın müddətdə müstəqil ölkə ola bilmədi, bu gün də müstəqil deyil.

Biz qaçqınların sayı ilə bağlı bu yalanları ifşa edəcəyik və əgər bu qaçqınlar olubsa, o, bizim günahımız deyil.

Ermənistanda repressiya baş alıb gedir. Ermənistanda gündə hansısa müxalifət lideri tamamilə əsassız həbs olunur. Heç bir Qərb ölkəsi, insan hüquqlarını qorumaqla məşğöul olan heç bir təşkilat buna reaksiya vermir.

Azərbaycana xor gözlə baxan, qaralamağa çalışan, Avropa Şurası haradadır, niyə susur? Avropa Parlamenti Azərbaycana qarşı 10-dan çox eybəcər, yalan üzərində qurulmuş qətnamə qəbul edib, amma susur.

Paşinyan məğlub edilmiş, rəzil vəziyyətdə olan diktatordur.

Ermənistan diktatoru bunkerdə otura-otura özünü tamamilə dünyadan, öz xalqından təcrid edib, Azərbaycanda isə xalq-iqtidar birliyi var.

Rəsmi etiraflara görə, Ermənistan ordusundan fərarilik edənlərin sayı 10 mini ötüb. Bu, bir daha göstərir ki, hansı ordu yenilməz ordudur.

Prezident öz çıxşılarında dəfələrlə qeyd edir ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür.

Məhz Ermənistanın mövqeyinə görə bu məsələ öz həllini tapmamışdır və məsələnin hərbi yollarla həll edilməsi Azərbaycanın qanuni hüququ idi.

Ağdamın azad edilməsinə səbəb olan  İkinici Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!

Ağdam bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

Keçidlər