Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı videoformatda növbəti vətəndaş qəbulu keçirib
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 02.12.2020-ci il tarixində vətəndaşları onlaynformatda qəbul edib.
Elnur Rzayev tərəfindən fərdi qaydada keçirilən onlayn qəbul əvvəlcədən müraciət edən sakinləriniştirakı ilə baş tutub.
Müraciətlər işlə təmin olunma, işıq dirəklərinin yenilənməsi, telefon və internet xəttlərinin çəkilməsi, torpaq sahələrinin sənədləşməsi, qaz çəkilməsi, sosial müdafiə məsələləri ilə bağlı olub.
Müraciətlər dinlənildikdən sonra bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər isə aidiattı qurumlar üzrə yönləndirilib.
Elnur Rzayev vətəndaşların şikayət və təklifləri ilə bağlı onlayn qəbulda iştirak edən məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.