Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində əvəzedilməz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış ulu öndər Heydər Əliyevin anım günüdür.
12 dekabr 2020 | 16:00
Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsı və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır. Çünki onun Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı müsbət və əvəzolunmaz rol danılmazdır.
Bu gün Ulu Öndərimizin ruhu şaddır. Onun layiqli davamçısı ata vəsiyyətini ləyaqətlə həyata keçirən Müzəffər Azərbaycan Ordusunun qalib Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə doğma Qarabağımız mənfur erməni işğalından azad edilmişdir. Ruhun şad olsun Ulu Öndərimiz.