70 illik yubileyini qeyd edən Nəzər Qafarov Fəxri Fərmanla təltif edilib
28 oktyabr 2025 | 11:17
Xaçmaz Rayon Ağsaqqallar Şurasının üzvü Nəzər Babacan oğlu Qafarov rayonun ictimai həyatında fəal iştirakı və 70 illik yubileyi münasibətilə Xaçmaz Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı ilə təltif edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 70 illik yubileyini qeyd edən yubilyarla görüşüb, onu təbrik edib və xoş arzularını çatdırıb.
Nəzər Qafarov səmimi qəbula və göstərilən diqqətə görə təşəkkürünü bildirib.






