70 yaşı tamam olan ziyalı Fəxri Fərmanla mükafatlandırılıb.
03 may 2025 | 14:25
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü, Famil Məmmədşah oğlu Baxışovla görüşüb. İcra başçısı Famil Baxışovu 70 yaşı tamam olması münasibəti ilə təbrik edərək onu Fəxri Fərman və xatirə hədiyyəsi ilə mükafatlandırıb.
Famil Baxışov səmimi təbriklərə və təltifə görə rayon rəhbərinə təşəkkürünü bildirib.