Şriftin ölçüsü :

Saytın rəngi :

Xaçmaz rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi.

14 aprel 2016 | 16:00

14 aprel tarixində Xaçmaz rayonunda 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunanan hesabat yığıncağı keçirildi. Tədbirdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər. Yığıncağı giriş sözü ilə açan  Xaçmaz RİH-in başçısı cənab Şəmsəddin Xanbabayev aprelin 9-da keçirilmiş Nazirlər Kabinetinin 2016-ci ilin birinci rübünün  sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açdı. Qeyd etdi ki, qoşunların təmas xəttində erməni təxribatı nəticəsində döyüşlərdə qəhrəmancasına şəhid olan Vətən övladlarından ikisi Xaçmaz rayonundan olan hərbçilərdir. Xalqımız bu çətin günlərdə də birliyini, sarsılmazlığını bir daha  sübut edərək, Ali Baş Komandanının ətrafında sıx birləşdiyini göstərdi.Təki Vətən sağ olsun dedi.
   Yığıncaqda şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.
Sonra Xaçmaz RİH başçısının I müavini Yetkin Mehmanov “2016-cı ilin  I rübündə rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr” barədə hesabat məruzəsi ilə çıxış etdi. Qeyd olundu ki, tikintisinə ötən ilin fevralından başlanan Heydər Əliyev mərkəzinin binasında tikinti işləri başa çatdırılıb, tərtibat işlərinə başlanılıb. Binanın fasadı müasir qaydada işıqlandırılıb. Bundan başqa Yalama Dövlət Damazlıq Müəssisəsinin bazasında ən müasir texnologiyalara əsaslanan pilot heyvandarlıq-südçülük müəssisəsinin yaradılması davam edir. Ümumi sahəsi 523 hektar olan “Yalama Aqropark”ında 1000 başlıq iribuynuzlu heyvandarlıq kompleksi, gücü saatda 5000 ton olan yem zavodu tikilib. Növbəti mərhələdə aqroparkda gündəlik emal gücü 50 ton olan süd zavodu, 10 hektar ərazidə müasir istixana kompleksinin yaradılması, 100 hektar sahədə meyvə bağının salınması nəzərdə tutulur. Su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrası Xaçmaz şəhərində 46 min 776, Qobuqırağı, Armudpadar, Qaraçı, Qaraqurdlu, Köhnə Xaçmaz kəndlərində isə 10 min 863 nəfər olmaqla, ümumilikdə 57 min 639 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb. Layihəyə görə, rayon ərazisində 153 km su, 151 km kanalizasiya xəttlərinin çəkilməsi nəzərdə tutulub.
    Məruzə ətrafında ƏSMM-ın Xaçmaz Rayon şöbəsinin direktor müavini Ramin Məmmədov, Suvarma Sistemləri İdarəsinin müdiri Vaqif Səlimov, Elektrik Şəbəkəsinin rəisi Seymur Hacıyev, Qusarçay Zona Təcrübə Stansiyasının müdiri Alimşah Mirzəyev və başqaları məruzə ətrafında çıxış edərək 2016-cı ilin I rübünün yekunları barədə müzakirələr etdilər.
    İclasa yekun vuran Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev qarşıda duran vəzifələrdən danışaraq, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlar verdi. RİH başçısı məmurların daha məsuliyyətlə işləməsi, vətəndaşların problemlərinin həllində fəal olmasının ən zəruri vəzifə olduğunu vurğuladı. Yığıncaqda bu il qarşıda duran vəzifələrlə bağlı müzakirələr  aparılıb, təklif və tövsiyyələr verilib.

Keçidlər